`Tərəflər bir-birini günahlandırmamalıdır` - Uorlik


20:18     25 Oktyabr 2016 2015-05-06-09-43-08uorlik-640.jpg

“Aprel hadisələri çoxsaylı insan itkisinə səbəb oldu, lakin tərəflər bir-birini günahlandırmamalıdır”.


Femida.az "news.am" saytına istinadən xəbər verir ki, bu sözləri İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin hadisələr göstərib ki, sülh danışıqları çox vacibdir:

“Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu bizim apardığımız danışıqlar üçün çox vacib təməl təşkil edir. Ümid edirik ki, atəşkəsə hörmət davam etdiriləcək. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların nəticəsidir. Əminəm ki, Anjey Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1000